İspaniya La Liqasının XIII turunda "Eybar"ın qonağı olan "Real" hesabda geridədi. Matç.az saytının məlumatına görə, hazırda ikinci hissəsi gedən görüşdə "Eybar" 1:0 hesabı ilə öndədi.

Bununla "kral klubu" La Liqanın ardıcıl 11-ci səfər oyununda qapısında qol görüb. Bu isə son 14 ilin antirekordudu. "Real"ın bu baxımdan ən pis göstəricisi 2003-04 mövsümündə baş verib. Həmin vaxt komanda çempionatın ardıcıl 14 səfər görüşündə qapısından top buraxmışdı.

Qeyd edək ki, "Eybar" – "Real" matçında hələlik yeganə qola 16-cı dəqiqədə Qonzalo Eskalante imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest