"Hava limanında bir anketdən keçdim. Burada hamı maskalı idi, insanların çoxu əlcək taxır"

Çinin "Xançjou Qrintaun" klubunda çıxış edən Dino Ndlovu karantinə alınıb. Matc.az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib:

Çində koronavirusun kəskin yayılmasının ardından Ndlovu ölkəsinə getməyə məcbur qalmışdı. “Qarabağ”ın sabiq futbolçusu vəziyyət düzələndən sonra yenidən Çinə qayıdıb: “Təhlükəsiz bir şəkildə gəldim və 14 günlük karantin müddətindəyəm. Hava limanında bir anketdən keçdim. Burada hamı maskalı idi, insanların çoxu əlcək taxır. Artıq hər şeyin normala döndüyünü demək olar. Yaxın vaxtda komandamla birgə məşqlərə başlayacam”.

Qeyd edək ki, Dino Ndlovu 2016-18-ci illərdə "Qarabağ"da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest