"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və Ağdam klubunun futbolçuları koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq, irəli sürülmüş təşəbbüsə qoşulub.
 
Matc.az xəbər verir ki, Qurban Qurbanov Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat, futbolçular isə ümumilikdə 50 min manat köçürüb.
 
Koronavirusla mübarizə çərçivəsində yaradılmış koronavirusinfo.az saytında yardım edən şəxslərin siyahısında Qurbanov və "Qarabağ"ın oyunçularının da adı qeyd edilib.
 
Xatırladaq ki, daha öncə "Azərsun Holdinq" fonda 2 milyon manat məbləğində dəstək vermişdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest