"Borussiya"nın futbolçuları maaşlarının 20 faizindən imtina ediblər. Matc.az xəbər verir ki, oyunçular rəhbərliyin tələbinə müsbət cavab veriblər.

Almaniyanın "Bild" nəşri yazır ki, koronavirus epideyiması səbəbindən Bundesliqa təxirə getdiyi üçün klub rəhbərliyi oyunçulardan maaşlarının 20 faiz endirilməsini xahiş edib. Onlar da bu təkliflə razılaşıblar.

Komanda üzvləri bu qərarları ilə 850 nəfərin işində qalmasına səbəb olub. Əks təqdirdə rəhbərlik onları işdən çıxarmalı olacaqdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest