"Qəbələ"nin üzvü Rodriqo Qattas çili mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, "andradio.cl" saytına danışan futbolçu koronavirusla bağlı Azərbaycanda yaranan vəziyyəti şərh edib:

"Digər ölkələrdə olduğu kimi burada virusa yoluxanların sayı çox olmasa da, çətin bir dövrü yaşayırıq. İnsanlar qorxur və bir çox yerlər bağlıdır. Mən isə evdə otururam. Yalnız ehtiyacım olanda çölə çıxıram. Hələlik hər şey normaldır. Bizi hər şeylə təmin edirlər. Bir həftə əvvəl məşqləri dayandırdıq. Günlər keçdikcə baş verənlər daha çox anlaşılır. Burada virusa təxminən 30-35 yoluxmuş insan var. Amma düşünürəm ki, daha çox ola bilər".

28 yaşlı oyunçu ölkəsi ilə müqayisədə buranın daha yaxşı durumda olduğunu bildirib: "çili üçün də çətin dövr keçir. Bunu uzaqdan belə görmək çox kədərlidir. Məncə, çilidə vəziyyət Azərbaycandan  daha mürəkkəbdir. ümid edirəm ki, hər şey yaxın vaxtda həll olunacaq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest