"Həyat tərzimizin dəyişdiyini demək olar. Ətrafda maşınlar, insanlar heç nə görünmür. Qaydalara çox diqqət edirəm. Ümid edirəm ki, hər kəs onlara hörmətlə yanaşacaq. Hamı məsuliyyət daşımalıdır"

Milli komandamızın baş məşqçi postuna namizəd Canni De Byazi koronavirusla bağlı İtaliyada yaranmış vəziyyəti şərh edib. Matc.az xəbər verir ki, o, küçələrdə heç kimin olmadığını bildirib:

"Həyat tərzimizin dəyişdiyini demək olar. Ətrafda maşınlar, insanlar heç nə görünmür. Qaydalara çox diqqət edirəm. ümid edirəm ki, hər kəs onlara hörmətlə yanaşacaq. Hamı məsuliyyət daşımalıdır. Hətta yeni vərdişlərimiz də əmələ gəlib. Görünməz bir düşmənlə qarşılaşdığımız üçün özümüzü dəyişdirməliyik. Vəziyyət yaxşılaşsa da, dərhal köhnə həyatımıza qayıtmayacağıq. Hələ uzun müddət maskalarla gəzəcəyik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest