İspaniyanın "Espanyol" klubunun koronavirus aşkarlanan 4 futbolçusu xəstəxanadan evə buraxılıb.
 
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
 
Xəbərdə, adları açıqlanmayan futbolçuların evdə məcburi 15 günlük karantində qalacağı bildirilib.
 
"Espanyol" klubunun ümumilikdə 7 futbolçusunda koronavirus aşkarlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest