İspaniyanın "Barselona" klubunun zədəli hücumçusu Luis Suares vəziyyəti ilə bağlı açıqlama verib.
 
Matc.az xəbər verir ki, "Marca" nəşrinə danışan uruqvaylı hücumçu, La Liqa başlayanda oynamağa hazır olacağını deyib:
 
"Açığı, daha tez sağalmaq istəyirdim. Həkim yaxşı olduğumu və qısa zamanda geri qayıda biləcəyimi bildirib. Komandam meydana qayıdanda mən də oynamağa hazır olacam".
 
Koronavirus pandemiyasına görə İspaniya La Liqası martın 11-dən təxirə salınıb.
 
Luis Suares yanvarda dizindən əməliyyat olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest