"Mançester Siti" qış fasiləsində transfer etməyəcək. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola deyib.

İspaniyalı mütəxəssis ixtiyarındakı heyətin onu qane etdiyini söyləyib: "Transferlər olmayacaq. Yanvarda pul xərcləmək fikrimiz yoxdu. Hazırkı heyətdən məmnunam. Zədəli futbolçularımız da sıraya dönüb. Bu üzdən yeni oyunçuya ehtiyacımız yoxdu".

Qeyd edək ki, bir müddət əvvəl "Mançester Siti"nin dövrələrarası fasilədə Ruben Neveş ("Vulverhempton") və Tanq Ndombeleni ("Lion") transfer etmək istədiyi bildirilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest