"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo yüksəlişə keçəcəklərini düşünür. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis ilin sonuna qədər itkisiz irəliləmək niyyətində olduqlarını bildirib.

O, hətta yeni ili turnir cədvəlinin ilk "4-lüy"ündə qarşılayacaqlarını da iddia edib: "Yığma komandaların oyunları ilə əlaqədar yaranmış boşluğun vacib olduğunu bilirəm. Dekabrın sonuna qədər isə səhv etmirəmsə, Premyer Liqada 8 oyunumuz olacaq. Bu da 24 xal deməkdi. Top-4-də qərarlaşan komandalarla bu müddətdə mübarizə aparacağıq. Hesab edirəm ki, ilin sonunda biz orda olacağıq".

Qeyd edək ki, "Mançester Yunayted" 12 turdan sonra Premyer Liqada 8-ci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest