Almaniyanın "Yunion Berlin" klubunun futbolçusu Rafal Qikeviç koronavirus pandemiyası səbəbindən Bundesliqanın dayanması və klubunun maliyyə cəhətdən zərər görməməsi üçün məvacibinin bir hissəsindən imtina edib.
 
Matc.az xəbər verir ki, bu barədə 32 yaşlı polşalı qapıçı özü açıqlama verib:
 
"Bunun lazımlı olduğunu bilirəm. Klubumuzun bu çətin vaxtda sağlam qalması lazımdı. Birlikdə həyatda qalacağıq".
 
Rafal Qikeviç bu mövsüm "Yunion Berlin" formasıyla 25 oyunda iştirak edib. Koronavirus pandemiyasına görə Bundesliqanın oyunları təxirə salınıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest