Serbiyanın prezidenti Aleksandr Vuçiç "Real"ın hücumçusu Luka Yoviçi və "Askoli"nin yarımmüdafiəçisi Nikola Ninkoviçi ölkədəki karantin qaydalarını pozmaqda ittiham edib.
 
Matc.az xəbər verir ki, Vuçiç məsələ ilə bağlı bunları söyləyib:
 
"Bu gənclər milyonerdilər və hər şeyi edə biləcəklərini düşünürlər. Qanunu pozanlar ciddi şəkildə cəzalanacaqlar".
 
Yoviç karantində olmasına baxmayaraq, sevgilisi Andyela Manitaseviçin doğum gününə qatılmaq üçün Belqrada getmişdi. Ninkoviç isə koronavirusun tüğyan etdiyi İtaliyadan Serbiyaya gəlməklə ciddi təhlükəyə səbəb olmuşdu. Elə İspaniya da bu epidemiyanın sürətlə yayıldığı ölkələrdən hesab olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest