"Atletiko"nun müdafiəçisi Kiran Tripper "Liverpul"un baş məşqçisi Yurgen Kloppun Madrid təmsilçisinə qarşı tənqidlərinə cavab verib. Matc.az xəbər verir ki, o, komandanın səfərdə bir planının olduğunu bildirib:  

"İnsanlar yalnız müdafiə olunduğumuzu düşünüblər. Ancaq biz "Liverpul"a qarşı layiqli mübarizə apardıq. Onlarla açıq futbol oynasaq, 0:6 hesabı ilə məğlub olarıq. İnsanların nə istədiyini bilmirəm. Mütəxəssislər müdafiədə oturduğumuz üçün şikayət edirlər. Onlar düşünürdü ki, biz "Liverpul"a qarşı hücum futbolu oynayacağıq? Səfərə bir planla getmək lazım idi və belə də etdik. Müdafiə olunsaq da, qalib gəldik. Nəzərə alın ki, görüş 100 dəqiqədən çox çəkdi və 3:2 hesabı ilə qazandıq. İstədikləri qədər şikayət edə bilərlər".

Qeyd edək ki, "Atletiko" çempionlar Liqasının 1/8 finalında "Liverpul"u mübarizədən kənarlaşdırıb. Cavab görüşünün ardından (2:3) "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp Madrid klubunu müdafiədə oturduğuna görə tənqid edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest