Türkiyədə futbol liqaları dayandırılıb.
 
Matc.az xəbər verir ki, buna ölkədə koronavirus pandemiyasının yayılmağa başlaması səbəb olub.
 
Bildirilir ki, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin son iclasında Super Liqa da daxil olmaqla, ölkədə keçirilən bütün liqaların bir ay müddətinə təxirə salınması qərara alınıb.
 
Daha əvvəl verilən qərara görə, çempionat oyunları azarkeşsiz keçirilirdi. Amma bu gün TFF də daxil olmaqla, digər bütün federasiyaların rəhbərləri ilə Türkiyənin gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu arasında toplantı keçirilib. Məhz bu toplantıda futbol, basketbol, voleybol və həndbol çempionatlarının təxirə salınmasına qərar verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest