İtaliyanın "Sampdoriya" klubunun 15 üzvündə koronavirus aşkarlanıb. Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin yarımmüdafiəçisi Yakub Yankto çexiya mətbuatına açıqlamasında deyib.
 
O, komandanın artıq 15 üzvünün koronavirusa yoluxduğunu və bu sayın arta biləcəyini bildirib.
 
"Sampdoriya"da əvvəl komandanın 7 üzvündə koronavirus aşkarlandığı açıqlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest