"Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak karantinə alınıb. Matc.az xəbər verir ki, buna səbəb klub rəsmisində koronavirus şübhəsi olmasıdır.

Albayrakın bir neçə gündür qızdırma və öskürəydən əziyyət çəkdiyi bildirilir. Bu səbəbdən də çapa Tibb Fakültəsində karantinə alınıb. Klub rəsmisindən götürülən testlərdən sonra onda koronavirusa rast gəlinməyib.

Qeyd edək ki, "Qalatasaray" koronavirus xəstəliyi ilə bağlı təhlükəsizlik tədbiri almaq üçün məşqlərini dayandırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest