"Milan"ın qapıçısı Canluici Donnarumma karyerasını İngiltərə davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, "Mançester Yunayted", "Mançester Siti" və "Everton" oyunçunu heyətinə qatmaq niyyətindədir. Bunlarla yanaşı, 21 yaşlı qapıçı ilə PSJ də yaxından maraqlanır.

Xəbərdə Donnarummanın da İtaliyadan ayrılmaq istədiyi bildirilir. O, bu mövsüm komandası ilə 26 oyun keçirib və 33 qol buraxıb.

Futbolçunun qiyməti 55 milyon avro olaraq təyin edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest