UEFA koronavirus pandemiyasına görə daha bir turnirin vaxtını dəyişib.
 
Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 21 may-6 iyun tarixləri arasında Estoniyada keçirilməli olan 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının final mərhələsinin oyunları qeyri-müəyyən müddətədək təxirə salınıb.
 
Turnirin yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcəyi bildirilib.
 
Qeyd edək ki, UEFA daha əvvəl çempionlar Liqasında 1/4 final mərhələsinin "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya), "Yuventus" (İtaliya) – "Olimpik" (Lion, Fransa), "Barselona" (İspaniya) - "Napoli" (İtaliya), "Bavariya" (Almaniya) - "çelsi" (İngiltərə) görüşlərini, AL-in 1/8 final mərhələsinin martın 19-da keçirilməli olan cavab qarşılaşmalarını, Gənclər Liqasında 1/8 və 1/4 final mərhələlərinin 17-20 apreldə oynanılması planlaşdırılan matçlarını təxirə salıb. Həmçinin Aç-2020-nin vaxtı 2021-ci ilin yayına, Millətlər Liqasının qarşılaşmaları martın 26-dan iyunun 2-nə, finallar isə martın 31-dən iyunun 6-na keçirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest