"Yuventus"un yarımmüdafiəçisi Blez Matuidi koronavirusa yoluxmasının ardından açıqlama verib. Matc.az xəbər verir ki, o, durumun ciddiyətinin fərqində olmadığını bildirib:

"Əvvəlcə koronavirusun nə qədər təhlükəli olduğunu və infeksiyanın İtaliyada tez yayıldığını başa düşmədim. Yüzlərlə insan bir neçə gün ərzində heç nə başa düşmədən bu virusa yoluxub. Bu xəstəliyin hər kəsə, ailəmizə və yaxınlarımıza də təsir edə biləcəyini anlamalıyıq. Hamının bunu başa düşməsi və qaydalara riayət etməsi vacibdir".

Qeyd edək ki, "Yuventus"da Matuidi ilə yanaşı, Daniel Ruqani də koronavirusa yoluxub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest