"Liverpul"un hücumçusu Sadio Mane Seneqaldakı koronavirusla mübarizə təşkilatına yardım edib. Matc.az xəbər verir ki, o, epidemayinanın ölkəsində yayılmasının qarşısını almaq üçün sözügedən qruma 41 min funt sterlinq ödəyib.

Mane hazırda İngiltərədədir. O, məlum səbəblərdən Seneqala gedə bilməyib. Komanda məşqləri dayandırıldığı üçün fərdi bir proqramla məşğuldur.

Son məlumatlara görə, dünyada 197 mindən çox insanda koronavirus aşkar edilib. Onlardan 7905 nəfəri vəfat edibsə, 80 mindən çoxu sağalıb. Seneqalda 27 nəfərin koronavirusa yoluxduğu bildirilir.

Qeyd edək ki, epidemiyanın sürətli yayılmasının ardından Premyer Liqa görüşləri təxirə salınıb.        

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest