Futbol üzrə Türkiyə Super Liqasında 21-ci turdan təxirə salınmış bir oyun keçirilib. Matc.az xəbər verir ki, "Göztəpə" doğma meydanda "Rizəspor"la qarşılaşıb.
 
Meydan sahibləri bu qarşılaşmada inamlı qələbə qazanmaqla 4 oyunluq fasilədən sonra 3 xala seviniblər. "Rizəspor" isə artıq 8 oyundu 3 xala həsrətdi.
 
Bu qələbədən sonra xal ehtiyatını 37-yə çatdıran "Göztəpə" 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb. "Rizəspor" isə 25 xalla 16-cıdı.
 
Türkiyə Super Liqası
21-ci turun oyunu
17 mart
 
Göztəpə – Rizəspor 2:0
Qol: B.Emir, 56. Napoleoni, 61.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest