UEFA koronavirus infeksiyasının yayılması səbəbindən Avropa çempionatını 2020-ci ilin payızına təxirə sala bilər. Matc.az xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb.

Bu gün UEFA-nın keçirəcəyi iclasda turnirin gələcəyi müzakirə ediləcək. Xəbərə görə, qrum AVRO-2020-ni gələn ilə təxirə salmaq fikrindən daşınıb. Yarışın bu ilin noyabrın 23-dən dekabrın 23-dək oynanılacağı bildirilib.

Qeyd edək ki, konfrans Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. İclasda ölkə çempionatlarının da aqibəti bəlli olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest