"Mançester Yunayted" yayda "Barselona"nın müdafiəçisi Samuel Umtitini transfer etmək istəyir. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubu oyunçunu satmağa hazırdır.

Ancaq bunun üçün Mançester təmsilçisindən 50 milyon funt sterlinq tələb edir. "Qırmızı şeytanlar" isə bu məbləği ödəmək istəmirlər.

Tərəflərin danışıqlara davam etdiyi bildirilir. Fransalı futbolçu isə məsələ ilə bağlı açıqlama vermək istəməyib. Xəbərdə onun "Barselona"da qalmaq istədiyi də qeyd edilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest