"Arsenal"ın forvardı Per Emerik Obameyanq "Barselona"ya keçmək istəyir. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, artıq 30 yaşlı oyunçunun bəzi qohumları bir neçə aydır Kataloniyada yaşayır. "Barselona" rəhbərliyi qışda futbolçunu heyətinə qatmağı düşünürdü. Ancaq London təmsilçisi qabonlu forvardı buraxmaq istəmədi.

Qeyd edək ki, Obameyanq cari mövsümdə "Arsenal"da 32 matç keçirib və 20 qol vurub. Onun klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Futbolçunun qiyməti 70 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest