"Dünya futbol ictimaiyyəti bu təhdid qarşısında həmrəylik nümayiş etdirir. Üzləşəcəyimiz nəticələrə necə cavab verəcəyimizi düşünərək eyni işi davam etdirməliyik"

FIFA prezidenti Canni İnfantino koronavirus epidemiyasına görə insanlara müraciət edib. Matc.az xəbər verir ki, o, yaranmış vəizyyətdən çıxmağın yollarının axtarıldığını bildirib:

"Biz azarkeşləri, oyunçuları, məşqçiləri və gözəl oyunumuzda iştirak edən hər kəsi qorumaq üçün əlimizdən gələni etməliyik. Ən əsası. futbol qurumları virusun əhali arasında yayılmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir. Dünya futbol ictimaiyyəti bu təhdid qarşısında həmrəylik nümayiş etdirir. üzləşəcəyimiz nəticələrə necə cavab verəcəyimizi düşünərək eyni işi davam etdirməliyik. Biz bu məsələyə çox ciddi yanaşmalıyıq. FİFA bu çətin dövrdə futbolun maraqlarını nəzərə alacaq və həll yolları tapmağa çalışacaqdır. İdman, xüsusən də, futbol dünyamızın bərpasında böyük rol oynaya bilər. çətin vəziyyətlər insanlara bir araya gəlməyə, güclənməyə və gələcəyə daha yaxşı hazırlaşmağa imkan verir. Bilirik ki, indi bu məqamlardan biridir".

Son məlumatlara görə, dünyada 169 387 nəfər koronavirusa yoluxub. Onların 6513-ü vəfat edib, 77 257-si isə sağalıb. İnfeksiyanın əsas yerləri çin, İtaliya, İran, Koreya və İspaniya göstərilir.

Qeyd edək ki, çempionatların əksəriyyəti dayandırılıb. UEFA-nın bu gün keçirəcəyi iclasında isə Avropa çempionatının təxirə salınacağı gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest