PSJ hücumçu Mbappeni komandada saxlamaq niyyətindədir. Matc.az xəbər verir ki, Paris klubu bunun üçün futbolçuya rekrod məbləğdə maaş təklif edəcək.

Klub rəhbərliyi müqaviləsi 2021-də başa çatacaq oyunçuya daha 3 illik sözləşmə təklif edir. Paris təmsilçisi 21 yaşlı forvarda illik  60 milyon avro ödəməyə hazırdır. Əgər tərəflər razılığa gəlsə, Mbappe dünyanın ən yüksək maaş alan futbolçusu olacaq.

Yerli mətbuat PSJ-nin Neymarın qalmaqallarından bezdiyi və artıq komandanın liderinin Mbappe olduğunu yazır. Bu səbəbdən də klub rəhbərliyi fransalı üçün rekord məbləğdə maaş ödəməyi gözə alıb. Ancaq oyunçu qərarını verməyə tələsmir. O, "Real"dan gələcək təklifi bir daha nəzərdən keçirməyi düşünür. Xəbərdə Madrid klubunun Mbappe üçün qeyd edilən məbləği verəcəyinin inandırıcı olmadığı da vurğulanıb.

Qeyd edək ki, 21 yaşlı hücumçu bu mövsüm PSJ-də 33 oyun keçirib və 30 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest