Fransada bir neçə futbolçu koronavirus pandemiyasına yoluxub.
 
Matc.az xəbər verir ki, Liqa 2-də çıxış edən "Oser" rəsmi saytı vasitəsi ilə akadamiyanın gənc oyunçusununda virus aşkarlandığını bildirib. Klub futbolçunun adını açıqlamayıb və onun vəziyyətinin normal olduğunu vurğulayıb.
 
Liqa 2-nin digər təmsilçisi "Trua"da isə cənubi koreyalı futbolçu Sok Hyon Cunda koronavirus aşkarlanıb.
 
Qeyd edək ki, Fransa Futbol Federasiyası koronavirus pandemiyası səbəbindən ölkədəki bütün futbol matçlarını təxirə salıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest