"Mançester Yunayted" yarımmüdafiəçi Pol Poqbanı komandada saxlayır. Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Məlumata görə, klub rəhbərliyi fransalı futbolçunun meneceri ilə danışıqlar aparır. Ona oyunçunun bir il daha komandada qalması təklif edilib. Poqbanın "qırmızı şeytanlar"la sözləşməsi 2021-ci ilə qədərdir. Ancaq danışıqlar müsbət nəticələnsə, bu müddət bir il daha uzadılacaq.

Poqba isə Mançester təmsilçisindən ayrılmaq istəyir. O, daha öncə bu barədə açıqlama vermişdi. Futbolçunun karyerasını "Yuventus"da davam etdirmək isitədiyi bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest