Koronavirus təhlükəsi səbəbindən La Liqanın dayanması klublara baha başa gələ bilər. Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Məlumata görə, əgər təşkilatçı qrum çempionatın saxlanılmasına qərar versə, klublar ümumilikdə 678,4 milyon avro itirəcək. Zərərin 549 milyonu yayım hüququndan, geridə qalanı isə bilet satışından olacaq.

Ancaq oyunların azarkeşsiz keçirilməsi bu ziyanı nisbətən azalda bilər. Bu zaman La Liqa klubları 117 milyon, Sequnda təmsilçiləri isə 17,5 milyon avrodan məhrum olacaqlar.

Qeyd edək ki, La Liqanın iki turu təxirə salınıb. Federasiya hazırda müvsümün saxlanılmasını müzakirə edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest