"çelsi"nin gənc futbolçusu Kallum Hudson Odoidə koronavirus aşkarlanıb. Matc.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.

Məlumata görə, 19 yaşlı oyunçuda qrip əlamətləri görülüb və dərhal analiz verib. Nəticədə onun koronavirusa yoluxduğu bildirilib. Futbolçu dərhal karantinə alınıb. Kallumla münasibətdə olan digər futbolçular da həkim nəzarətinə götürülüb.

Klub bazasının bəzi yerlərinin isə bağlanıldığı qeyd edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest