"Arsenal"ın baş məşqçsi Mikel Arteta koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Məlumata görə, baş məşqçi hazırda həkim nəzarətindədir. Onunla münasibətdə olan hər kəsin karantinə alınacağı bildirilib.

"Arsenal"ın baş məşqçsi Mikel Arteta koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Məlumata görə, baş məşqçi hazırda həkim nəzarətindədir. Onunla münasibətdə olan hər kəsin karantinə alınacağı bildirilib. Hazırda klub bazası bağlanılıb.

Arteta məsələ ilə bağlı açıqlama verib. O, həkimlər icazə verdiyində yenidən işinin başına dönəcəyini bildirib: "çox məyusam. özümü pis hiss etdim və dərhal analiz verdim. Nəticə bəllidir. Sağlamlıq hamı üçün ilk növbədə olmalıdır. Hər kəsi bu məsələdə diqqətlə olmağa çağırıram".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest