17 yaşadək qızlar arasında Avropa çempionatının 2019/20 mövsümünün seçmə mərhələsinin püşkü atılıb. Matç.az saytı xəbər verir ki, tədbirdə 44 komanda 11 qrupa bölünüb.

2019-cu il avqustun 5-dən oktyabrın 27-dək olan müddəti əhatə edəcək seçmə mərhələdə Azərbaycan yığması 5-ci qrupunda yer alacaq. Komandamız Norveç, Sloveniya və Farer adları ilə mübarizə aparacaq. Qrup oyunlarının meydan sahibi hələlik dəqiqləşməyib.

Hər qrupda ilk iki yerin sahibi, həmçinin 4 ən yaxşı "üçüncü" elit-raunda yüksələcək. İspaniya və Almaniya ilk mərhələdən azaddı.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi İsveçdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest