İngiltərənin "Lester Siti", Almaniyanın "Hannover" və İtaliyanın "Sampdoriya" komandalarının futbolçuları koronavirusa yoluxub.

İngiltərənin "Lester Siti", Almaniyanın "Hannover" və İtaliyanın "Sampdoriya" komandalarının futbolçuları koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə sözügedən klubların rəsmi saytı məlumat yayıb.
 
"Lester Siti"də 3 futbolçunun analizi müsbət nəticə verib. Amma həmin oyunçuların adları açıqlanmayıb.
 
"Hannover" klubunun müdafiəçisi Yannes Hornda da koronavirus aşkarlanıb. Bu, II Bundesliqa klubunda ikinci yoluxma halıdı. 23 yaşlı futbolçudan əvvəl komanda yoldaşı Timo Hübersin virusa yoluxduğu açıqlanmışdı.
 
"Sampdoriya" isə rəsmi saytı vasitəsilə hücumçusu Manolo Qabbyadininin koronavirus testinin müsbət nəticə verdiyini açıqlayıb. Adları çəkilən bütün futbolçular karantinə alınıblar.
 
Niderland və Portuqaliyada isə pandemiyaya görə bütün futbol çempionatları təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest