Xəbər verdiyimiz kimi, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin "Məktəbli kuboku"nun oyunları 2020-ci il martın 27-dək təxirə salınıb.
 
Matc.az xəbər verir ki, təhsil müəssisələrində də tədris prosesinə müvəqqəti fasilə verilməsini, həmçinin klubların nəzdindəki uşaq, yeniyetmə və gənclər komandalarında məşqlərin qeyd olunan müddətə dayandırılmasını nəzərə alaraq, AFFA tərəfindən videotəmrinlər hazırlanıb. 
 
Futbolla məşğul olan uşaq, yeniyetmə və gənclər həmin videoçarxlarda göstərilən təmrinləri yaşadıqları ərazinin yaxınlığındakı müvafiq sahələrdə gündə 2 dəfə olmaqla yerinə yetirməklə idman formasını qoruyub saxlaya bilər. Eyni zamanda, futbolla mütəmadi məşğul olmayan şagird və tələbələrin də idman dərslərinin müvəqqəti olaraq keçirilməməsini nəzərə alaraq, videoçarxlarda öz əksini tapmış hərəkətlərdən istifadəsi tövsiyə olunur.
 
Videotəmrinləri diqqətinizə çatdırırıq:
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest