UEFA çempionlar Liqası oyunlarını təxirə salmağa hazırlaşır. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Koronavirusun geniş şəkildə yayılması qurumu ciddi tədbirlər almağa məcbur edir. Bu səbəbdən UEFA bu günkü iclasında çempionlar Liqasını saxlaya bilər.

Dünən "Yuventus"un futbolçusu Daniele Ruqanin  virusa yoluxması klublarda da gərginlik yaradıb. Turin təmsilçisi bütün oyunçuların nəzarətə götürüldüyünü açıqlayıb.

Qarşılaşmanın azarkeşsiz keçiriləcəyi gözlənilir. Bununla yanaşı, çL-nin bir neçə görüşünün də azarkeşsiz oynanılmasına qərar verilib.

İddia edilir ki, bütün bunların ardından qurum çempionlar Liqası qarşılaşmalarını dayandırmağı düşünür.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest