"Ancaq elə danışlırdı ki, sanki çempionatda dördüncü, burda isə hər şey bitib. Hər kəs tənqidçi olmaq istəyir. Çünki tənqid etmək asandır"

çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə PSJ evdə "Borussiya"nı məğlub edərək (2:0) növbəti mərhələyə vəsiqə qazanıb. Matc.az xəbər verir ki, qarşılaşmanın ardından hər iki komandanın baş məşqçisi oyun haqda fikirlərini bildirib:

Tomas Tuhel (PSJ-nin baş məşqçisi): "Azarkeşlər çox gözəl idi. Oyundan əvvəl bizimlə birlikdə gəldilər. Bu qələbəni onlara həsr edirik. çox yaxşı çıxış etdik. Yüksək səviyyədə hazırlaşmışdıq. Bunu praktikada göstərmək vacib idi. Bu gün belə bir komandanın məşqçisi olmaq xoşdur. Biz 28 matçdır məğlub olmuruq. Yalnız "Borussiya"ya uduzmuşduq. O da bir fərqlə. Ancaq elə danışlırdı ki, sanki çempionatda dördüncü, burda isə hər şey bitib. Hər kəs tənqidçi olmaq istəyir. çünki tənqid etmək asandır. Həmişə oyunun gedişatını nəzarətdə saxlamağa çalışırıq və ilk hissədə tamamilə uğurlu olduq. Dözmək məcburiyyətində olduğumuz bəzi anlar oldu. Amma birlikdə bacardıq. Boş yerlər olmurdu, yaxşı bağlanırdılar. Ancaq futbolçularımın hər biri yaxşı çalışdı. Bəzi şeyləri planlaşdırmaq olmur. Rəqibi əks-hücumlarla hədələməyə davam etdik. Nəticəni aldığımız üçün sevincliyik".

Lüsyen Favr ("Borussiya"nın baş məşqçisi): "Əvvəlcə müdafiədə qalmalı olduq. çünki oyun başlayan kimi çox yüksək səviyyədə təzyiq etdilər. Sonra normal oynadıq. İkinci hissədə daha fərqli çıxış etdik. Hücumların son mərhələsində düzgün qərarlar verə bilmədik. Qazanılan toplardan doğru istifadə etmək lazım idi. Komanda şəklində hücuma çıxdığımız anlar oldu. Ancaq boş mövqelərə açıla bilmirdik. İki qol da öz səhvlərimizdən vuruldu. Küncdən zərbə zamanı buraxdığımız qolu gördünüz. Bəli, səhv etdik. Ancaq nə edəsən ki, futbolda belə şeylər olur. Top çox sürətli gəldiyi üçün qapıçımız onu götürə bilmədi. Burada Mats Hummelsi günahlandırmaq olmaz. Ancaq müdafiədə daha yaxşı oynamalıydıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest