UEFA çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında "Atletiko"nu qəbul edəcək "Liverpul"un zədəli futbolçularının vəziyyətinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Məlumata görə, komandanın kapitanı Cordan Henderson artıq zədəsini sağaldıb. "Atletiko" ilə ilk oyunda (0:1) zədələnən yarımmüdafiəçi, baş məşqçi Yurgen Kloppun şans verəcəyi halda, meydana çıxa biləcək.
 
Bundan başqa, "qırmızılar"ın digər futbolçusu Endi Robertson da komandaya qoşulub.
 
Komandanın qapıçısı Alisson Bekker isə zədə səbəbiylə bu oyunda iştirak edə bilməyəcək. Braziliyalı qolkiperin Premyer Liqanın növbəti turunda keçiriləcək "Everton"la oyunu da buraxacağı gözlənilir.
 
"Liverpul" – "Atletiko" oyunu bu gün, saat 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest