"Roma" Avroliqanın 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Sevilya" ilə görüşə gedə bilməyəcək. Matc.az xəbər verir ki, buna səbəb koronavirusun yoluxma ehtimalı olduğu üçün İspaniya ilə İtaliya arasında hava yollarının bağlanması olub.

Daha öncə Roma təmsilçisinin Portuqliyaya yollanıb oradan da avtobusla İspaniyaya keçəcəyi bildirilsə də, bu, baş verməyib.

 Hazırda "Roma" klubu ilə ölkə rəhbərliyi arasında danışıqlar davam edir. Ancaq vaxtın az qaldığı və görüşün təxirə düşəcəyi ehtimal olunur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest