Bu gün futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. Matc.az xəbər verir ki, "Olimpik Star"da keçiriləcək və iki gün davam edəcək mərhələnin iki qarşılaşması təxirə salınıb.

Dünən futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. Matc.az xəbər verir ki, "Olimpik Star"da keçiriləcək və iki gün davam edəcək mərhələnin iki qarşılaşması təxirə salınıb. Söhbət "Neftçi" – "Badamlı" və "Nəqşicahan" – "Baku Fans" görüşlərindən gedir.

İlk oyun günündə keçirilməli olan daha bir qarşılaşma baş tutmayıb. Belə ki, "Red Line"nin rəqibi "Premier" komandası oyuna gəlmədiyinə görə, ilk matç keçirilməyib.

Günün ikinci oyununda isə kubokun 2 il əvvəlki sahibi "Marafon" "Atletiko Baku" üzərində inamlı qələbəyə sevinib. Gözlənilməz nəticə isə "Araz" – "Baker Tilly" görüşündə qeydə alındı. Son çempion bu oyundan məğlubiyyətlə ayrılıb. Günün son oyununda eyni liqanın təmsilçiləri - "Advokat"la "Star kargo-2" üz-üzə gəlib. "Advokat" bu oyundan məğlub ayrılıb.
 
Turun iki görüşü isə bu gün oynanılıb. EKOL "Standard"la oyunda 12 cavabsız qol vurmaqla cütün taleyini elə ilk oyundaca həll edib. "Hövsan" - "Yurd" duelində isə qalib müəyyənləşməyib.  
 
Yeri gəlmişkən, bütün oyunlar azarkeşsiz keçirilib. 

11 mart (çərşənbə)

"Premier" (Quba) – "Red Line" matçı baş tutmayıb
Hakimlər: Əli Cəbrayılov, Etibar Həsənov, Rza Məmmədov

"Marafon" – "Atletiko Baku" 6:0
Hakimlər: Nahid Xasıyev, Ziya Nəsirov, Hacıəli Ağayev

"Araz" – "Baker Tilly" 6:7
Hakimlər: Ramiz Məhərrəmov, Knyaz Əmiraslanov, Mahir Məmmədov

"Advokat" – "Star kargo-2" 3:5
Hakimlər: Ramil Namazov, Ceyhun Hüseynov, Elmir Quluzadə

 

12 mart (cümə axşamı)

EKOL – "Standard" 12:0
Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Fuad Həsənov

"Hövsan" – "Yurd MFK" 4:4
Hakimlər: Mehman Mahmudov, Elvin Ağayev, Vüsal Balaşov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest