"Sabah"ın yarımmüdafiəçisi Yevgeni Koçuk Moldova millisinə dəvət alıb. Matc.az xəbər verir ki, komandanın baş məşqçisi Engin Fırat 26 yaşlı futbolçunu Andorra və Rusiya milliləri ilə keçiriləcək yoldaşlıq oyunları üçün yığmaya çağırıb.

Moldova martın 26-da evdə Andorra, 5 gün sonra isə Rusiya ilə üz-üzə gələcək. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest