"Arsenal"ın forvardı Pyer Emerik Obameyanq "Real"a keçə bilər. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, Madrid klubunun prezindenti Florentino Peres qabonlu futbolçunu komandada görmək istəyir.

"Arsenal" rəhbərliyi qışda Obameyanqı 80 milyon avroya satmağa hazır olduğunu bildirmişdi. 30 yaşlı oyunçunun yayda "Real"a keçəcəyi yazılır.

Qeyd edək ki, bu mövsüm Obameyanq Premyer Liqada 26 oyun keçirib və 17 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest