çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində oynanılacaq "Barselona" - "Napoli" görüşü azarkeşsiz keçiriləcək. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məlumat görə, Kataloniya klubu rəhbərliyi az öncə sona çatan iclasda belə bir qərar qəbul edib. Koronavirusun yayılmasının qarşısının almaq məqsədi ilə  görüşün azarkeşsiz keçiriləcəyi açıqlanıb.

Qeyd edək ki, "Barselona" - "Napoli" matçı martın 18-i keçiriləcək. Tərəflər arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest