"Hətta "Leyptsiq"in oyunçusu öz qapısına qol vura bilər. İnanıram ki, "Tottenhem" kubok qazanmadığım tək klubum olmayacaq. Hər komandada bir kubok almışam və bunu burada da təkrarlamaq niyyətindəyəm"

çempionlar Liqasının 1/8 final mərhələsində "Tottenhem" səfərdə "Leyptsiq"lə qarşılaşacaq. Matc.az xəbər verir ki, oyundan öncə hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildiriblər.

Joze Mourinyo heyətdəki itkilərdən gileylənsə də, mərhələ barədə ümidlərini qoruyub: "Məndən soruşurlar ki, Harri Keyn olmadan necə qol vuracağıq? Bunun bir çox yolu var. Hətta "Leyptsiq"in oyunçusu öz qapısına qol vura bilər. İnanıram ki, "Tottenhem" kubok qazanmadığım tək klubum olmayacaq. Hər komandada bir kubok almışam və bunu burada da təkrarlamaq niyyətindəyəm. Bəli, itkilərimiz var. Mənim "cərimə meydançasının köpəkbalığı" adlandırdığım, qan iyləyən və topu düz hədəfə vuran oyunçularım bu gün olmayacaq. Beləliklə, üstün olduğumuz müddətdə də qol vurmaq bizim üçün çətin görünür. Onların olmaması müdafiəyə də təzyiq yaradır. Hər dəfə bir səhv baş verdikdə bunun üçün cəzalandırılırıq. Ancaq bura mübarizə aparmaq və növbəti mərhələyə vəsiqə qazanmaq üçün gəlmişik".

"Leyptsiq"in baş məşqçisi Yulian Naqelsmann isə ilk matçdakı oyunu davam etdirməli olduqlarını açıqlayıb: "Hər oyunçum ən yaxşısını etməlidir. çempionlar Liqasının 1/8 finalında hər dəfə "Tottenhem"lə qarşılaşmırsınız və növbəti mərhələyə çıxmaq şansınız var. Mourinyonu məğlub etməyin nə olduğunu düşünmürəm. Əkisnə, onları keçməyin nə qədər böyük olacağını düşünürəm. Mən və Mourinyo fərqli səviyyədəyik. Onun qədər çox kubok qazana biləcəyimə əmin deyiləm. Ancaq biz çempionlar Liqasında davam etmək niyyətindəyik. İlk oyunda sərfəli nəticə qazansaq da, hələ heç nə bitməyib. Evdə daha yaxşı çıxış etməliyik. Azarkeşlərimiz bizdən bunu gözləyir".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest