Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 26-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Tomsk" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 8 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.
 
"Ximki" 26 turdan sonra 53 xalla 20 kollektiv arasında 1-2-ci pillələri bölüşür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest