çempionlar Liqasının 1/8 finalı mərhələsində keçiriləcək "Barselona" - "Napoli" cavab oyunu azarkeşsiz ola bilər. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Kataloniyanın idman və səhiyyə nazirlikləri oyunun boş tribunalarda keçirilməsinin tərəfdarıdırlar. Hələlik qərar qüvvəyə minməyib. Rəhbərlik  bununla bağlı kluba heç bir xəbərdarlığın gəlmədiyini bildirib. Məəslənin yaxın günlərdə dəqiqləşəcəyi yazılır.

Tərəflər arasındakı ilk matç 1:1 hesabı ilə sona çatıb.

Qeyd edək ki, hazırda İspaniyada 700 insan koronavirusa yoluxub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest