"Liverpul" koronavirusun yayılma riski səbəbindən mümkün çempionluğunu azarkeşsiz qeyd etmək məcburiyyətində qala bilər. Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Liverpul" koronavirusun yayılma riski səbəbindən mümkün çempionluğunu azarkeşsiz qeyd etmək məcburiyyətində qala bilər. Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Hazırda "Mançester Siti"dən 25 xal irəlidə olan "qırmızılar" Premyer Liqada liderdir. Yurgen Kloppun yetrimələrinə çempionluq üçün  9 qarşılaşmada cəmi 2 qələbə lazımdır. Ancaq "Liverpul" illərdir həsrətində olduğu çempionluq qutlamalarını azarkeşsiz keçirə bilər. Belə ki, koronavirus yayılmağa davam edərsə, Premyer Liqa oyunları qapalı tribunalarla keçiriləcək. Ancaq klub fanatları üçün daha da üzücü xəbər var. Belə ki, məlum səbəbdən ənənəvi çempioluq paradının ləğvi də Səhiyyə Nazirliyinin gündəmindədir.

Qeyd edək ki, "Liverpul" azarkeşləri 30 ildir komandalarının çempionluğunu qeyd etməyi gözləyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest