"Qeydiyyatla bərabər işçi vizası ilə bağlı da problem var idi. Ona görə də oynaya bilmirdik. Qarşılaşma günü məsələ həll olundu"

"Sənədlə bağlı problemim həll olunub. Artıq qeydiyyata düşmüşəm. Sadəcə, altıncı gününə təsadüf etdiyi üçün federasiya sənədi təsdiqləyə bilmədi"

Bu sözləri matc.az saytına Bosniya və Herseqovinanın "çelik" klubunda forma geyinən Elvin Yunuszadə deyib. O, qeydiyatla yanaşı, işçi vizasının da lazım olduğunu bildirib:

"Qeydiyyatla bərabər işçi vizası ilə bağlı da problem var idi. Ona görə də oynaya bilmirdik. Qarşılaşma günü məsələ həll olundu. Bu gün sənədlər federasiyaya təqdim olunacaq. Mənimlə yanaşı, baş məşqçi və komandaya yeni qoşulan oyunçular da bu problemlə qarşılaşmışdı. Ancaq artıq məsələnin həllini tapdığını demək olar".

Qeyd edək ki, millimizin sabiq üzvü yanvarda "çelik"ə transfer olunub. O, bu ölkədə qeydiyyata düşə bilmədiyi üçün fasilədən sonra keçirilən iki turu tribunadan izləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest