"Komandanın hədəfi çempionatı yüksək pillədə bitirməkdir. Hər oyun bizim üçün vacibdir. Yaxşı heyətimiz var. Düşünürəm ki, mövsümün sonunda hədəflərimizə çatacağıq".

"İlk ev oyunumuzda qələbə qazanmaq istəyirdik. çətin görüş olsa da, qalib gəlməyi bacardıq. Rəqib güclü komanda idi. Ancaq buna rəğmən, üç xalı qazanmağı bacardıq".

Bu sözləri matc.az saytına Gürcüstanın "Samtredia" klubunda çıxış edən Nicat Qurbanov deyib. O, daha sonra belə davam edib:

"Komandanın hədəfi çempionatı yüksək pillədə bitirməkdir. Hər oyun bizim üçün vacibdir. Yaxşı heyətimiz var. Düşünürəm ki, mövsümün sonunda hədəflərimizə çatacağıq. Gürcüstanın əsas liqasında ilk ilimdir. Yaxşı mövsüm keçirmək niyyətindəyəm. Daha çox qol vurmaq və komandaya kömək etmək istəyirəm. Məqsədim millidə oynamaqdır. Hədəflərimin birincisi budur. ümid edirəm ki, bunu bacara biləcəm".

Qurbanov hazırda çıxış etdiyi Gürcüstan çempionatı ilə Premyer Liqamızı da müqayisə edib:

"Təbii ki, hər liqanın öz çətinliyi var. Düzdür, Azərbaycan çempionatı buradan bir pillə üstündür. Ancaq Gürcüstan liqası da zəif deyil. Azərbaycanlı futbolçular burada rahat oynayar. Məncə, səviyyə pis deyil. Maraqlı çempionatdır. Hələlik ilk tur geridə qalıb. Əsas mövsümün sonunu yaxşı bitirməkdir".

"Samtredia" klubu çempionatın ilk turunda evdə "Torpedo"nu məğlub edib(1:0). Matçda yeganə qolu Nicat Qurbanov vurub.

Qeyd edək ki, komanda əsas liqaya bu il vəsiqə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest