Rüfət Dadaşovun formasını geyindiyi "Foneks Rizinq" Amerika Peşəkar Liqasının ilk turunda evdə "Portland 2" komandasına qalib gəlib -6:1. Matc.az xəbər verir ki, millimizin üzvünün het-trik etdiyi görüşün ardından Arizona təmsilçisinin baş məşqçisi Rik Şans oyunla bağlı fikirlərini bildirib:

"Qələbə ilə başlamaq vacib idi. Hazırlıq dönəmini istədiyimiz kimi keçmişdik. Bu cür başlanğıc komanda üçün yaxşı bir motivasiya oldu. Təbii ki, əsas olan davamını gətirməkdir. Kollektiv oyun göstərəndə nəticələr də əla olur. Bu gün meydanda hamı yaxşı iş bacardı. Rüfət və digər futbolçuların çıxışı yüksək səviyyədə idi. Oyunçular qələbə üçün hər şeyi etdilər".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest