"Neftçi" Azərbaycan çempionatlarında 450-ci qələbəsini qazanıb. Matc.az xəbər verir ki, bu, Premyer Liqanın 20-ci turuna təsadüf edib.
 
"Sabah"la ev oyununda 4:0 hesabı ilə qalib gələn "ağ-qaralar" mövsümdə 10-cu, ölkə çempionatları tarixində 450-ci dəfə azarkeşlərini sevindirib. 
 
"Neftçi" bu göstəricidə mütləq rekordçudu. 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının daimi iştirakçısı olan paytaxt klubu qələbə sayında bütün komandaları qabaqlayır. 
 
"Neftçi"nin Azərbaycan çempionatlarındakı tarixi qələbələri:
 
1-ci qələbə: 08.05.1992. Neftçi (Bakı) - Xəzər (Sumqayıt) - 1:0
50-ci qələbə: 15.12.1993. Neftçi (Bakı) - Şahdağ (Qusar) - 3:0
100-cü qələbə: 12.04.1997. Neftçi (Bakı) - Kəpəz (Gəncə) - 2:0
150-ci qələbə: 26.03.2000. Neftçi (Bakı) - Xəzər Universiteti (Bakı) - 5:1
200-cü qələbə: 30.11.2003. Ədliyyə (Bakı) - Neftçi (Bakı) - 0:3
250-ci qələbə: 03.11.2006. Neftçi (Bakı) - Simurq (Zaqatala) - 1:0
300-cü qələbə: 15.08.2010. Qəbələ - Neftçi (Bakı) - 0:2
350-ci qələbə: 17.02.2013. Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:2
400-cü qələbə: 15.05.2016. Neftçi (Bakı) - İnter (Bakı) - 4:2
450-ci qələbə: 07.03.2020. Neftçi (Bakı) – Sabah (Bakı) – 4:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest